«Nastoyasheyo Vremya» televiziya şəbəkəsinə müsahibəsində Vyaçeslav Maltsev deyib ki, iyulda Rusiyaya qaçıb və bir müddət AB ölkələrindən birində həbsdə saxlanıb, daha sonra ona qanuni qalmağa sənədlər verilib.
Maltsev noyabrın 15-də verdiyi müsahibədə hansı ölkədə qaldığını açıqlamayıb.
Noyabrın 5-də bolşevik inqilabının 100 illiyi münasibətilə Moskva və Rusiyanın digər şəhərlərində keçirilən yürüşlərdə Maltsevin yüzlərlə tərəfdarı saxlanıb. O, daha öncə noyabrın 5-ni prezident Vladimir Putini devirəcək «yeni inqilab»ın başlanğıc günü elan etmişdi.
Mayda Maltsev ekstremist fəaliyyətə çağırdığına görə qiyabi mühakimə olunub.