Vaxt.Az

Atambayev 100 milyon dollara yox dedi


 

Qırğızıstan prezidenti Qazaxıstanın yardımından imtina edir

Atambayev 100 milyon dollara yox dedi Qırğızıstan prezidenti Almazbek Atambayev Qazaxıstandan 100 milyon dollarlıq yardım nəzərdə tutan razılaşmanı ləğv edib. Bu yardım Bişkekə gömrük infrastrukturunu Avrasiya İqtisadi Birliyi standartlarına uyğunlaşdırmağa veriləcəkdi.

Qırğızıstan prezidentinin vebsaytında noyabrın 16-da dərc olunmuş məlumatda deyilir ki, Qazaxıstan hökumətinə bu qanun barədə məlumat veriləcək.

Qırğızıstan birliyə 2015-ci ilin avqustunda qoşulub. Rusiyanın rəhbərlik etdiyi ticarət blokuna Qazaxıstan, Belarus və Ermənistan da daxildir.

Qazaxıstan 100 milyon dolları ayırmağa ötən ilin dekabrında razılaşıb və ilk tranş bu ilin sonunadək ayrılmalıydı.

İki ölkənin münasibətləri son aylar pisləşib, Atambayev Astananı öz ölkəsindəki 15 oktyabr prezident seçkisinə müdaxilədə ittiham edib.

 





16.11.2017    çap et  çap et