Dəfələrlə şikayət ediblər, ancaq heç bir cavab verilməyib. Əlil pilotlar hökumət binası qarşısında keçmiş baş nazir Tiqran Sərkisyanın dövründən etiraz edirlər.
«Dövlət tapşırığı yerinə yetirərkən əlil olmuş pilot və ya aviatexniklərə dövlət sahib çıxmağa və təzminat ödəməyə borcludur. Ancaq biz 10 ildir ki, bundan məhrum olmuşuq», - deyə pilotlar bildiriblər.
Xatırladaq ki, Tiqran Sərkisyan dövründə (2008) qaldırılan problem 9 il keçməsinə və 3 baş nazir dəyişməsinə baxmayaraq, hələ də həll olunmur. Əlil pilotları bir dəfə keçmiş baş nazir Ovik Abramyan qəbul edib. Onlara kömək edəcəyini vəd edərək, göstəriş verib. Ancaq indiyədək heç bir nəticə yoxdur. Artıq bir ildən artıqdır ki, Ermənistanın baş naziri Karen Karapetyandır.