Vaxt.Az

«Təbrizin köhnəlmiş infrastrukturu bizi nigaran edir»


 

Güney Azərbaycanın paytaxtında binaların zəlzələyə davamlılığı narahatlıqları təkrar gündəmə gəlib

«Təbrizin köhnəlmiş infrastrukturu bizi nigaran edir» Kirmanşah vilayətində 500-ə yaxın vətəndaşın ölümü ilə nəticələnən zəlzələdən sonra İranın müxtəlif bölgələri, o cümlədən zəlzələ zonasında olan Təbrizdə binaların zəlzələyə davamlılığı ilə bağlı narahatlıqlar təkrar gündəmə gəlib.

Şərqi Azərbaycan Mülki Mühəndislər Birliyinin sədri Ali Tumari əsas narahatlığın son vaxtlar tikilmiş binalar deyil, şəhərin köhnəlmiş infrastrukturu ilə əlaqədar olduğunu ifadə edib.

«Son illərdə inşa edilən binaların gözlənilməz hadisələr qarşısında az xəsarət alacağını və ya xəsarət almayacağını düşünürəm. Məni Təbrizin köhnəlmiş infrastrukturu nigaran edir», deyə cənab Tumarinin sözləri İSNA agentliyində dərc edilib.

Tumarinin ifadələrinə baxmayaraq, İran Azərbaycanı və ölkənin digər bölgələrində yeni tikintilərin təhlükəsizliyinə dair ciddi narahatlıqlar gündəmə gətirilir.

Bu narahatlıqları ortaya çıxaran əsas səbəb son illər tikilmiş «Mehr» adlı ictimai mənzil fondu evlərinin Kirmanşah zəlzələsində çökməsidir.

 





17.11.2017    çap et  çap et