Vaxt.Az

Artur Sərkisyan Azərbaycanda doğulub, amma...


 

Almaniyada partlayış törətmək istəyən «azərbaycanlı» erməni imiş

Artur Sərkisyan Azərbaycanda doğulub, amma... Oktyabrın 20-də, axşam saatlarında içkili vəziyyətdə olan 41 yaşlı bir şəxs sərxoş vəziyyətdə Almaniyanın Kassel vağzalında özünü olduqca aqressiv aparıb, polislər onu sakitləşdirməyə çalışdıqda isə qışqırmağa başlayıb və bildirib ki, yükündə bomba var və onu partladacaq. Virtualaz.org bu xəbəri yerli «Llokalo24» nəşrinə istinadən yaymışdı.

Alman nəşri qeyd etmişdi ki, fransız pasportu daşıyan adamın azərbaycanlı olduğu müəyyənləşdirilib. Hadisə vaxtı o, güclü sərxoşluq vəziyyətində olub. Şəxs 500 avro həcmində cəriməni ödədikdən sonra sərbəst buraxılmışdı.

Hadisənin təfərrüatlarını öyrənmək və partlayış törətməklə alman polisini hədələmiş «azərbaycanlı»nın kimliyi ilə bağlı daha müfəssəl məlumat almaq üçün saytımızın əməkdaşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Xidmətin rəisi Ehsan Zahidov sorğumuza cavab olaraq bildirib ki, məsələ ilə bağlı DİN müəyyən araşdırma aparıb və həmin şəxsin kimliyi artıq tam müəyyən olunub.

«Qeyd olunan hadisəni törətmiş şəxs 3 sentyabr 1976-cı il tarixdə Azərbaycanda anadan olmuş, hazırda Fransada daimi yaşayan erməni milliyyətinə mənsub Sərkisyan Artur Rudolfoviçdir», - Ehsan Zahidov deyib.

Göründüyü kimi, keçmiş «həmvətənlərimiz» fürsət düşdükcə özlərini azərbaycanlı kimi təqdim etməyi unutmurlar. Xüsusilə, söhbət bu cür nalayiq əməllərdən gedirsə. Daxili İşlər Nazirliyinin həyata keçirdiyi araşdırma ermənilərin Azərbaycana qarşı növbəti qara yaxma cəhdinin qarşısını almağa kömək edib və onların maskalarını çıxararaq, dünyaya kimin kim olduğunu göstərib.

 





17.11.2017    çap et  çap et