APA xəbər verir ki, H. Qrant «Defence News»a açıqlamasında Türkiyəyə xəbərdarlıq edib: «Əgər Türkiyə «S-400»ləri alarsa, NATO texnologiyalarına əlçatanlığına məhdudiyyətlər tətbiq ediləcək. Sonrakı mərhələdə Türkiyənin «F-35» tipli 5-ci nəsil bombardmançı təyyarələri əldə etmə və istifadə imkanlarına qarşı tədbirlər görülə bilər».
H. Qrant bildirib ki, «S-400» anlaşmasının həyata keçirilməsi Türkiyə və NATO arasındakı hərbi işbirliyinə ciddi şəkildə təsir edəcək. Onun sözlərinə görə, NATO strategiyaları «S-400» sistemlərinin istifadəsinə icazə vermir.