- Baş məşqçi seçilməyiniz məlum olanda nə hisslər keçirdiniz?
- Bunu böyük bir məsuliyyət kimi qiymətləndirirəm. Bu, hər bir məşqçinin gözlədiyi və arzu etdiyidir - ölkəsinin yığmasında rəhbər olmaq, baş məşqçi olmaq.
Bilirəm ki, daha çox səy göstərib, daha çox çalışmalıyam və daha diqqətli olmalıyam.
Siz artıq 10 ildən çoxdur ki, məşqçisiniz və bu müddətdə Premyer Liqada və beynəlxalq çempionatlarda Azərbaycanın ən uğurlu baş məşqçisi olmusunuz. Bunu nəzərə alanda,
- AFFA İcraiyyə Komitəsinin qərarı sizin üçün gözlənilən bir qərar idimi?
- Gözlənilən deməzdim...dəyər verdilər, güvəndilər. İnanıb dəvət etmək, inanıb təklif etmək bu, belə deyək, çox böyük qərardır.
Mən deməzdim ki, tam düşünürdüm ki, belə qərar veriləcək. Mən belə qərarı, belə deyək də, düzgün qarşıladım, baxmayaraq ki, iki yerdə çalışacam.
Bununla böyük məsuliyyət və yük düşəcək üzərimə. Mən dediyim kimi, «mütləq mənə deməli idilər, mütləq mənə təklif etməliydilər» - belə fikrim, düşüncəm yox idi.
Bilirəm ki, bacarıqlı məşqçilərin sayı çoxdur, yaxşı məşqçilər var. Sonda bu qərarı qəbul elədilər, ona görə də mənim məsuliyyətli işim daha da artır.
- İki komandanı eyni vaxtı idarə etmək çətin olmayacaqmı?
- Çətinlik ola bilər olsun, əlbəttə ki, bir komandanı idarə etmək bilirəm necə çətindir və iki komandanı idarə etmək əlbəttə ki, bundan da ağır olacaq. Amma Azərbaycan futbolu naminə bu addımı atmalıyıq, çətinliyə fikir verməməliyik.
Bu elə bir oyundur ki, elə idman növüdür ki, burada çətinlik, əziyyət çəkməsən, bu işə daha çox vaxt ayırmasan, onu etmək çətindir.
Ona görə, nə qədər çətin olsa da, inşallah çalışacağıq, yaxşı işi davam etdirməyə.
- Gənc futbolçuların Azərbaycanda yetişdirilməsi üçün, kifayət qədər təcrübə qazanması üçün və beynəlxalq arenalarda uğurlu olması üçün sizcə nə dəyişdirilməlidir, bunula bağlı planlarınız varmı gələcəkdə?
- Bu gün buna tam cavab verə bilmərəm. Bunlar hamısı müzakirə olunmalıdır.
Bu bir günün işi deyil. Çalışaçağıq ki, bunu inkişaf etdirməyə yaxşılaşdırmağa. Əfsuslar olsun ki, bu gün mən sizə artıq məlumat verə bilməyəcəm. Məlumat verilsə belə, bu 2, 5, 10, dəqiqənin cavabı deyil.
Ona görə sadəcə dediyim kimi, işimə həddindən çox vaxt ayırmalıyam.
- Qarabağla sizin ədlə etdiyiniz uğurlar Azərbaycan futbolunda müqayisəsizdir. Azərbaycan futbolunun zirvəsində olduğunuz vaxtda, milli yığmaya da rəhbərlik etmək qərarı vermək çətin idimi?
- Əlbəttə ki, qərar asan deyildi. Amma dediyim kimi, mənim borcum, boynuma düşən vəzifə Azərbaycan futboluna xidmət etməkdir, çünki neçə illərdir ki, mən bu işin içindəyəm. Neçə illərdir ki, futbol oynamışam həyatımın əksəriyyətini burada keçirmişəm.
Ona görə də vəzifəm Azərbaycan futboluna xidmət etməkdir və iş baxımındn bu qərar nə qədər də ağır olsa da, nə qədər çətin olsa da borcumdur.