Vaxt.Az

«Bu FETÖ-nün metoduna oxşayır»


 

Türkiyə «NATO məmuru»nun cəzalandırılmasını tələb edir

«Bu FETÖ-nün metoduna oxşayır» Türkiyə NATO-nun Norveçdəki təlimləri zamanı Mustafa Kamal Atatürk və Rəcəb Tayyip Ərdoganın rəsmlərinin atış üçün hədəf kimi qoyulması, düşmən kimi təqdim edilməsi insidentinin sonadək araşdırılmasında israr edir.

Türkiyənin Avropa Birliyi üzrə naziri Ömər Çelik deyib ki, bunu edən «NATO məmuru» işdən çıxarılıb.

«İnsidentin bununla bitməsini istəmirik. Həmin adamın cəzalandırılmasını tələb edirik. Müttəfiq ölkələrin təhlükəsizliyini qorumalı olan NATO-nun öz qərargahının təhlükəsizliyinin qorunmadığı kimi bir halla üz-üzəyik».

Nazir bildirib ki, NATO Türkiyə prezidentindən hadisəyə görə üzr istəyib.

Amma əgər insident sonadək araşdırılmasa, bu, NATO-Türkiyə əlaqələrinə kölgə salacaq.

Hadisədən sonra Türkiyə təlimlərdəki 40 hərbçisini geri çağırıb.

NATO bildirir ki, Atatürk və Ərdoganın rəsmlərini atış üçün hədəf kimi qoyulması alyansın əməkdaşlarının işi deyil, bunu müqavilə ilə işə götürülmüş norveçli mülki şəxs edib.

Ömər Çelik deyib ki, həmin adamın kimliyi dərindən araşdırılmalıdır:

«Bu FETÖ-nün metodlarına oxşayır. Araşdırılacaq, bütün əlaqələri ortaya çıxarılacaq. Biz NATO-nun qurucu üzvüyük, orada önəmli bir qüvvəyik. İstəyirik ki, gərəkli olan ölçü götürülsün».

 





20.11.2017    çap et  çap et