Vaxt.Az
Növbə tarixi binalara çatdı
Nərimanov rayonunda söküntü özbaşınalığı
Bakının Nərimanov rayonunda «pilot layihə» adı altında köhnə binaların sökülərərək yerlərində yeni çoxmərtəbəli yaşayış binalarının tikintisinə yönələn, sakinlərin evlərində faktiki zorla köçürülməsi ilə müşayiət olunan xaotik kampaniya arxitektura binaları da hədəf alıb. Virtualaz.org xəbər verir ki, rayonun Tələt Şıxəliyev küçəsi, 13-15 ünvanında yerləşən, dövlət səviyyəsində tarixi tikili kimi qorunan beşmərtəbəli daş binaların söküntüsü gedir. Bu barədə redaksiyamıza sakinlər məlumat veriblər.Həmin binaların sakinləri evlərini tərk etməli olublar və
kirayə mənzillərə köçüblər. Söküntünü Nərimanov rayon İcra Hakimiyyətinin qərarı
əsasında heç kimin tanımadığı hansısa MMC aparır. Hansı ki, bu cür tikililəri
sökmək üçün Nazirlər Kabinetinin xüsusi qərarı, dövlət komissiyasının rəyi
olmalıdır. Lakin binaların dövlət tərəfindən qorunmasına məhəl qoymadan onları
buldozerlərin qabağına veriblər.
Bu, Bakıda son illər müasirləşmə və abadlaşma adı altında
çoxsaylı tarixi binaların darmadağın edilməsinin, şəhərin tarixi görkəminin
silinməsinin davamıdır. İndiyədək Bakının «Sovetski» adlanan məhəlləsində,
Füzuli küçəsində və digər yerlərində də 19-cu əsrin sonlarında, 20-ci əsrin əvvəllərində
inşa edilmiş bir çox tarixi binalar sökülüb. Virtualaz.org yaxın vaxtlarda Tələt
Şıxəliyev küçəsində tarixi binaların sökülməsi ilə bağlı geniş reportaj təqdim
edəcək.
20.11.2017 çap et