VAXT.AZ xəbər verir ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi OPEC və Azərbaycan daxil OPEC üzvü olmayan neft istehsalçıları, qiymətlərin düşməsinə səbəb olan qlobal hasilat və ehtiyat çoxluğunun azaldılması üçün ilin əvvəlindən bu yana hasilatlarını gündəlik 1.8 milyon barel azaldırlar.
Hasilatın azaldılması müqaviləsi gələn ilin mart ayında başa çatacaq. OPEC və tərəfdaşları müqavilənin gələcəyini müzakirə etmək üçün bu ayın sonunda toplantı keçirəcəklər.
Zanganeh, İranın ISNA agentliyinə verdiyi açıqlamada, «Üzvlərin əksəriyyəti planın uzadılmasını dəstəkləyir, ancaq yekun qərar növbəti OPEC toplantısında verilməlidir» - deyib.