Vaxt.Az

Erməni əsgərlər minaya düşdü


 

Ağdərə istiqamətində Ermənistan ordusunun azı üç hərbçisi öldü

Erməni əsgərlər minaya düşdü Azərbaycanın işğal olunmuş ərazilərinin şimal-şərq istiqamətində mina partlaması nəticəsində üç erməni hərbçisi həlak olub.

VAXT.AZ «Sputnik»ə istinadən xəbər verir ki. məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

«Noyabrın 21-də saat 18:35-də hərbi hissələrdən birində hərbçilər Geqam Zakaryan, Sarkis Abraamyan və Sarkis Melikyan ölümcül yaralanıblar. Narek Oveyan partlamış mina yarası alıb. Onun vəziyyəti ağırdır», - məlumatda bildirilir.

Hadisənin təfərrüatları araşdırılır.

 





22.11.2017    çap et  çap et