APA-nın Ukrayna KİV-lərinə istinadən verdiyi xəbərə görə, hazırda Azarov oğlunun yanında, Vyanadadır və orada uzun müddət qalmaq niyyətindədir.
Sabiq baş nazirin mətbuat katibi məlumatı nə təsdiq, nə də təkzib edib.
Xatırladaq ki, Nikolay Azarov yanvarın 28-də ölkədə ictimai-siyasi kompromis üçün əlavə imkanlar yaratmaq, habelə Ukraynanın bütövlüyünü qoruyub saxlamaq üçün istefa verdiyini bildirib. Nazirlər Kabinetinə müvəqqəti olaraq baş nazirin birinci müavini Sergey Arbuzov başçılıq edir.