Vaxt.Az

Səad Əl-Həriri istefasını təxirə salıb


 

Prezident Mişel Aunun xahişi ilə

Səad Əl-Həriri istefasını təxirə salıb Livanın baş naziri Saad Əl-Həriri çərşənbə günü prezident Mişel Aunun xahişi ilə istefasını təxirə salıb.

Livanın müstəqillik günü münasibətilə keçirilən paraddan sonra Beyrutda müxbirlər qarşısında çıxışında, Həriri istefasini təxirə salmasının səbəbinin prezidentlə daha çox müzakirələr üçün vaxt ayrılması olduğunu bildirib.

Həririnin bu ayın əvvəli Səudiyyə Ərəbistanında olarkən vəzifəsindən istefa verdiyini elan etməsi və daha sonra onun Səudiyyə Ərəbistanında qalmaqda davam etməsi ölkədə siyasi böhrana səbəb olub. Onun Səudiyyə Ərəbistanında həbs edildiyi barədə fərziyyələr dolaşmağa başlayıb.

Aun deyib ki, o Həriri ilə şəxsən görüşməyincə, onun istefasını qəbul etməyəcək.

İstefa çıxışında Həriri İran və Hizbullahın ərəb dövlətləri arasında nifaq saldığını deyib və ona qarşı sui-qəsd hazırlandığından ehtiyat etdiyini bildirib.

2005-ci ildə onun atası, sabiq baş nazir Rafik Həririnin ölümü ilə nəticələnən avtomobil partlayışı baş verib.

 





22.11.2017    çap et  çap et