Kamo Çobanyan bildirib ki, Mamikonun oğlu onu yaşadığı Rusiyanın Lipeçsk şəhərinə aparıb. Ancaq Mamikon oğlunun evindən qaçaraq Moskvaya gedib. Kənd başçısı əlavə edib ki, Mamikon son beş ildə fiziki əməklə məşğul olmayıb, yəni o, əsir düşən zaman üzüm yığmağa getməyib.
Xatırladaq ki, bir neçə gün öncə isə Kamo Çobanyan erməni mediasına müsahibə vermişdi ki, Mamikon əlində vedrə üzüm yığmağa gedib. İndi isə onun əvvəl dediyi sözləri inkar etməsi heç də təsadüfi deyil. Sadəcə, kənd başçısı əvvəl dediklərini inkar etməklə, Mamikonun başdan xarab olmasını dünya mediasına sırımaq istəyir. O ki, qaldı, Mamikonun Rusiyada yaşadığı oğlunun yanından qaçmasına, bunun fonunda yəqin Ermənistan gizli kəşfiyyatının əl izləri var. Fakt isə faktlığında qalır, erməni əsir televiziya ilə müsahibəsində erməni kəşfiyyatına işlədiyini bildirir.
Qeyd edək ki, Mamikonun üç oğlu, üç qızı var. O, kənddə oğullarından birinin ailəsi ilə yaşayır.