Vaxt.Az

Nəzərə gələn «ZARA»


 

İşçiləri məşhur mağazaya 18 min manat «atıb»

Nəzərə gələn «ZARA» Bakı Ağır Cinayətlər Məhkəməsində işlədikləri «ZARA» mağazasından 17 min 700 manat mənimsəmədə təqsirləndirilənlər - İbrahim İbrahimov, Zəhra Mavlina, Zaur Novruzov, Gültəkin Bünyadova və Elvina Qafarovanın məhkəməsi keçirilib.

Hakim Novruz Kərimovun icraatında olan prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı adıçəkilən şəxslərə cəza istəmək üçün çıxışa hazır olmadığını bildirib.

İttihama görə, təqsirləndirilən şəxslər mağazada olan malların bir hissəsini kassadan kənar sataraq  pulunu mənimsəyiblər.

İstintaq dövründə isə 17 min 700 manat ziyanı geri ödəyiblər. Buna görə də onların heç biri həbs edilməyib.

 





23.11.2017    çap et  çap et