Vaxt.Az

Nazirin qardaşının evində partlayış


 

Xəsarət alanlar var

Nazirin qardaşının evində partlayış Qusarda nəqliyyat nazirinin qardaşı Nəriman Məmmədova məxsus tikilidə partlayış baş verib. Qusar rayonunun Çiləgir kəndində partlayış baş verib. Hadisə Nəriman Məmmədova məxsus fərdi yaşayış evində qeydə alınıb.

SalamNews-un bölgə müxbiri xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, 2 otaqlı yardımçı tikilidə baş verən partlayış nəticəsində 63 yaşlı Hacıyeva Maral Nüsrət qızı və onun həyat yoldaşı Hacıyev Şəkixan Cahangir oğlu müxtəlif yanıq xəsarətləri alıblar. Yaralılar dərhal Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, Maral Hacıyevanın bədənin 80, həyat yoldaşının isə 40 faizi yanıb. Xəstələrə ilkin yardım göstərildikdən sonra vəziyyətləri ağır olduğundan paytaxta göndəriliblər. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

 





01.02.2014    çap et  çap et