Vaxt.Az

BBC direktorunun qalmaqallı istefası


 

Səhv məlumat media nəhənginin nüfuzunu zədələyib

BBC direktorunun qalmaqallı istefası BBC-nin baş direktoru Corc Entyustil Newsnight proqramının ötən həftəki buraxılışından sonra Britaniyada qızışmaqda olan qalmaqal fonunda istefa verib. Proqramda Uelsin uşaq evlərində uşaqlara qarşı cinsi təhqir halları araşdırılıb və bu, yanlışlıqla, siyasətçi Lord MakAlpinin pedofiliyada iştirakda ittiham olunması ilə nəticələnib.Corc Entyustil lorddan üzr istəyib və verilişi efirə getməzdən əvvəl izləmədiyini deyib. «Baş direktor həm də baş redaktor olduğum üçün, eləcə də, nəticədə, bütün proqramların hazırlanmasına cavabdehlik daşıdığım üçün noyabrın 2-də yayımlanmış Newsnight proqramında tətbiq edilən qəbuledilməz jurnalistika standartlarını nəzərə alaraq, baş direktor vəzifəsindən istefamı bir şərəf məsələsi sayıram» deyə, o istefası haqda bəyanatında bildirib.
Newsnight proqramında 1970-80-ci illərdə şimali Uelsdəki uşaq evlərində uşaqlara qarşı cinsi təhqirlər haqqında danışılıb. Bu barədə uşaq evinin keçmiş baş tərbiyəçisi danışıb və cinsi təhqir edənlərdən birinin Mühafizəkarlar Partiyasından yüksək rütbəli siyasətçi olduğunu bildirib, amma onun adını çəkməyib. Verilişdə adı çəkilməsə də, Lord MakAlpinin sözü gedən cinayətkar olduğu barədə internetdə yanlış məlumatlar yayılıb. İstefa verməzdən əvvəl Entyustil məsələ ilə bağlı daxili araşdırmaya başlanmasına göstəriş vermişdi. O, sentyabrın 17-də baş direktor vəzifəsinə təyin olunmuşdu. Qəfil istefası onu BBC tarixinə ən qısa müddət ərzində xidmət göstərən baş direktor kimi salacaq. Baş direktor vəzifəsini müvəqqəti olaraq BBC Worldwide rəhbəri Tim Davie icra edəcək.
 





03.01.2013    çap et  çap et