Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Zərdab şəhərində Ucar, Göyçay, Kürdəmir və Zərdab rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.APA-nın xəbərinə görə, nazir tərəfindən qəbul edilən 20 vətəndaşın
müraciətlərinin bir çoxu yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı
qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti
strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 64, digər məsələlərlə bağlı müraciət etmiş 97 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.
çap et