Virtualaz.org Belarus prezidentinin rəsmi saytında yerləşdirilmiş məlumata istinadən xəbər verir ki, Lukaşenko çıxışında bildirib: «Mən təkbaşına xalqın verdiyi qərarı dəyişə bilmərəm».
Qeyd edək ki, 1996-cı ildə Belarusda ölüm hökmünün saxlanıb-saxlanmaması barədə referendum keçirilib. O vaxt vətəndaşların 80 faizdən çoxu ölüm hökmünün qalmasına səs verib. Ölüm hökmü Belarusda müstəsna hallarda – xüsusilə ağır cinayətlərə görə tətbiq edilir. 2016-cı ildə bu cəza növü dörd dəfə icra olunub.