Füzuli rayon İcra Hakimiyyətindən isə şifahi olaraq bildirildi ki, yaranan problemin səbəbi sahələrə səpilən dərmanlarda deyil, son günlər intensiv yağan yağışlardır. Düşən yağıntı dərmanların təsir gücünü azaldıb. Nəticədə pambıq qozalarının açılması ləngiyib. Lakin buna baxmayaraq, tarlalarda yığım işi davam edir. Fermerlər əsasən əl yığımına üstünlük verir. Bu da öz növbəsində sakinlərin mövsümü işlə təmin olunmasına şərait yaradır.
Bu il Füzuli rayonu üzrə 2050 hektar ərazidə pambıq əkilib. Hazırda isə rayon üzrə 1800 tondan çox məhsul tədarük olunub. Qozaların açılması ləngidiyi üçün yığımın dekabr ayına qədər aparılacağı bildirilir.