Rusiyaya qarşı şikayəti geri götürüb
Moskva həmişə ABŞ-ın üçüncü ölkələrdən vətəndaşlarını ekstradisiya etməkdə suçlayır və Nikulinin başqa bir internet oğurluğu ittihamıyla ekstradisiyasına çalışıb.
İndi son qərarı Çexiyanın ədliyyə naziri verməlidir. O, bir ölkəyə ekstradisiyanı təsdiqləməklə digərinin istəyinin üstündən xətt çəkə bilər.
Nikulin öncə hər iki ölkəyə ekstradisiyasından şikayət vermişdi, sonradan Rusiyaya qarşı şikayətini geri çəkdi.
O, 2016-cı ilin oktyabrında Çexiyada, ABŞ hökumətinin «İnterpol»a sorğusu əsasında saxlanıb.
Bu ekstradisiya qərarının çıxdığı dönəmdə ABŞ-da müstəntiqlər Rusiyanın ötənilki prezident seçkisinə mümkün müdaxiləsini araşdırır.
ABŞ-ın ittihamı
ABŞ kəşfiyyatı belə bir nəticəyə gəlib ki, Rusiya haker hücumları, propaqanda vasitəsiylə 2016-cı ilin noyabrında prezident seçkisinə müdaxiləyə cəhd göstərib.
Moskva iddiaları danır.
Nikulinin vəkillərindən biri bu ilin əvvəlində iddia edib ki, Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri onun müştərisinin seçkidən öncə ABŞ Demokratlar Partiyasına haker hücumunu boynuna almasına çalışırlar.
Nikulin məhkəmədə deyib ki, Demokratlar partiyasına kiberhücumda iştirak etməyib, Birləşmiş Ştatlarda ona irəli sürülən ittihamlarla bağlı özünü təqsirli bilmir.