Modelin təqdimatı isə şirkətin Las-Veqasdakı CES texnologiyalı şousunda baş tutacaq.
Məlumata əsasən, yeni qurğu növbəti ildə qabaqcıl modellər üçün etalon olacaq «Qualcomm Snapdragon 845» prosessoru və ya «Samsung Exynos 9810» çipi əsasında işləyəcək.
Proqram platforması qismində isə «UI Experience 9.0» interfeysli «Android 8.0 Oreo» əməliyyat sistemindən istifadə planlaşdırılır. Şirkətin operativ yaddaş tutumunu artırmayaraq, onu 4 qiqabayt səviyyəsində saxlayacağı gözlənilir.
«Infinity Display» ekranı ilə təchiz ediləcək hər iki qurğunun tərəflərinin nisbəti 18,5:9, təsvir ölçüsü 2960×1440 piksel təşkil edəcək.