Bu amillərdən biri ötən həftə ABŞ-da kommersiya neft ehtiyatlarının həcminin azalmasıdır. Energetika Nazirliyinin rəsmi hesabatına əsasən, ölkədə 457 milyon barel xam neft ehtiyatı qalıb, həftə ərzində ehtiyatların həcmi 1,9 milyon barel azalıb. Strateji neft ehtiyatlarının isə 1,7 milyon barel azaldığı açıqlanıb.
Bu gün birjalarda həftənin son ticarət sessiyaları keçiriləcək. Yekun qiymətlərə təsir göstərəcək amil yenə də ABŞ-da qaya nefti hasilatına cəlb olunan buruqların sayına dair hesabat olacaq. Son həftə ərzində qiymətlərin yüksək həddə qalması ABŞ və Kanadada neft hasilatını stimullaşdırır, bu səbəbdən buruqların sayının bu həftə də artması gözlənilir. Ötən həftə ABŞ-da gündəlik hasilat həcmi 9,65 milyon barelə yüksəlib ki, bu da son iki ilin ən rekord göstəricisidir.