Vaxt.Az

Şaxtada küçə uşaqlarının aqibəti


 

Nazirlik ixtisaslaşmış QHT-ləri cəlb edir

Şaxtada küçə uşaqlarının aqibəti Sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan uşaqlar sosial-psixoloji xidmətlər, reinteqrasiya xidmətləri ilə təmin olunur. Həmin uşaqların psixoloji problemləri, fərdi xüsusiyyətləri öyrənilərək reabilitasiya işi aparılır. Yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası məqsədilə ilkin emosional-psixoloji dəstək göstərilib. Sığınacaq və reinteqrasiya xidmətləri vasitəsilə küçə uşaqlarının insan alveri qurbanına çevrilməsinin və məcburi əməyə cəlb olunmasının qarşısı alınıb.

Ölkənin 22 rayon və şəhərində sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiya ehtiyaclarını ödəmək üçün funksional qiymətləndirmə, aktiv terapiya, oyun terapiyası kimi müasir metodlardan istifadə edilir ki, onlar cəmiyyətə adaptasiya olunsunlar.

Çətin həyat şəraitində olan 3-12 yaşlı uşaqların sosial kimsəsizliyinin profilaktikası, onların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması məqsədilə 8 rayonda günərzi mərkəzlər yaradılıb. Mərkəzlərdə uşaqların qidalanması, maraq və bacarıqlarından asılı olaraq dərnəklərə cəlb edilməsi, onların sosial uyğunlaşmasına yardım edilməsi istiqamətində müvafiq işlər görülüb.

Proqramı həyata Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ixtisaslaşmış QHT-lər icra edir. Bu haqda nazirlikdən Bakupost.az-a xəbər veriblər.

 





01.02.2014    çap et  çap et