Vaxt.Az

AB-nin Sərkisyandan Azərbaycan tələbi


 

Qurum Ermənistanın hakim partiyasını ərazi bütövlüyümüzü tanımağa çağırdı

AB-nin Sərkisyandan Azərbaycan tələbi Brüsseldə «Şərq tərəfdaşlığı» sammitinin başlanmasından öncə Avropa Xalq Partiyasının (AXP) qurultayı keçirilib. Qurultayda «Şərq tərəfdaşlığı» ölkələrinin müvafiq partiyaları, o cümlədən Ermənistanın hakim Respublika partiyası iştirak edib.

Qurultayda qəbul edilmiş yekun bəyannaməsində növbəti dəfə Avropa Birliyinin və «Şərq tərəfdaşlığı» ölkələrinin ərazi bütövlüyünün beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlər daxilində tanındığı bildirilib.

Lideri Serj Sərkisyan olan Ermənistan Respublika Partiyası da bu bəyannaməyə qoşulub, lakin bir şərtlə. Erməni tərəfi növbəti dəfə millətlərin öz müqəddəratını təyin etməsi hüququnu beynəlxalq hüququn əsas təməli kimi təqdim etməyə cəhd göstərib. Lakin onların bu səyi uğursuzluqla nəticələnib.

 





26.11.2017    çap et  çap et