Vaxt.Az

Milçəklər 316 növ bakteriya daşıyırmış


 

Həşəratların güman edildiyindən daha çox sayda mikrob yaydığı aşkar olunub

Milçəklər 316 növ bakteriya daşıyırmış Alimlər aşkar edib ki, milçəklər zənn edildiyinndən daha çox sayda xəstəlik törədicisinin daşıyıcısı ola bilər. Ev milçəkləri və leş milçəkləri 600-dən çox müxtəlif bakteriya daşıyır, keçirilmiş DNT analizi aşkar edib. Bu bakteriyaların əksəriyyəti insan xəstəlikləri ilə əlaqəlidir, o cümlədən bağırsaq xəstəlikləri, qan zəhərlənməsi və sətəlcəm ilə.

Təcrübələrdən müəyyən olunub ki, milçək bakteriyaları ayaq və qanadları ilə yayır.

Alimlərə görə, milçəyin hər bir yerdəyişməsi mikrobların yayılmasına gətirib çıxarır.

Tədqiqatın müəlliflərindən biri, Pensilvaniya Dövlət Universitetinin professoru Donald Braynt (Donald Bryant) BBC-yə deyib: «Milçəklərin bakteriya yaydığı məlum idi, lakin bunun bu dərəcədə böyük miqyasda baş verməsi barədə təsəvvür yox idi».

DNT təhlili nəticəsində ev milçəyinin 351 bakteriya növü, leş milçəyinin isə 316 bakteriya növü daşıdığı aşkar olunub.

Bu bakteriyaların əksəriyyətini milçəklərin hər ikisi daşıyır.

«Scientific Reportselmi» dərgisində dərc olunan araşdırmanın müəllifləri qeyd edib ki, səhiyyə xidmətləri, mümkündür ki, milçəklərin infeksiyalı xəstəliklərin yayılmasında roluna hələlik lazım olan dərəcədə diqqət yetirməyib.

«Biz hesab edirk ki, milçəklər patogenlərin sürətlə yayılmasında iştirak edir», - professor Donald Braynt deyib.

 





26.11.2017    çap et  çap et