Vaxt.Az

Ərdoğan istefa verməyə hazırdır


 

Əgər ofşordakı milyonları sübut olunsa…

Ərdoğan istefa verməyə hazırdır Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İstanbuldakı çıxışı zamanı bildirib ki, əgər əsas müxalifət- Cümhuriyyət Xalq Partiyası (CHP) sübut etməyi bacarsa ki, onun maliyyə vəsaitləri xarici hesablardadır, istefaya getməyə hazırdır.

Virtualaz.org bildirir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

«Əgər siz sübut edə bilsəniz ki, mənim pulum hər hansı xarici banklara qoyulub, onda mən prezident postundan istefa edəcəyəm», - telekanal Ərdoğanın sözlərini sitat gətirib.

Xatırladaq ki, 21 noyabrda parlamentdəki çıxışı zamanı CHP rəhbəri Kamal Kılıçdaroğlu prezidentin ən yaxın qohumlarını və silahdaşlarını «ofşordakı şirkətə milyonlarla dollar yatırmaqda» ittiham edib. Əsas müxalifət partiyası liderinin sözlərinə görə, «bu firmanın start kapitalı yalnız 1 funt sterlinq təşkil edib, amma sonra ona milyonlarla dollar qoyulub». Bundan əvvəl isə o, parlamentdə türk baş naziri Binəli İldırımın oğullarının ofşordakı şirkətlərlə mümkün bağlılığı haqda iş üzrə təhqiqatların keçirilməsini bloklayan hakim Ədalət və İnkişaf Partiyası deputatlarının qərarını tənqid edib. Və Kılıçdaroğlu vurğulayıb ki, o bu məsələdə «izahatlar gözləyir».

Sonra Ərdoğan CHP liderini, 1,5 milyon türk lirəsi (380 min dollar) məbləğində kompensasiya ödəməsi üçün məhkəməyə verdi. Prezidentin vəkilləri qeyd etdilər ki, Kılıçdaroğlu Ərdoğana zərər vurub və kompensasiya ödəməlidir.

 





26.11.2017    çap et  çap et