«Rossiya 1» kanalında yayımlanan «Fəaliyyətdə olan şəxslər Nailə Əsgərzadə ilə» proqramında Çeçenistan Respublikasına 2007-ci ildən başçılıq edən R.Kadırovdan soruşublar: o öz postundan getməyə hazırdırmı?
«Demək olar, bu mənim arzumdur. Regionun rəhbəri olmaq və Allah, dövlət rəhbərliyi qarşısında xalq, respublika üçün məsuliyyət daşımaq - bu çox çətindir», - deyə Kadırov cavabında bildirib.
O izah edib ki, «hər bir səhv üçün həm bu, həm də o biri dünyada cavab vermək lazımdır». «Buna görə... mən demirəm ki, yorulmuşam və ya xidmət etmək istəmirəm… Hesab edirəm ki, vaxt çatıb. Nə vaxtsa mənim kimiləri lazım idi, vuruşmaq, nizam-intizam yaratmaq üçün. Bizdə bu gün nizam-intizam, ehtiram, cəmiyyətdə anlaşma var, Rusiyada... Ən başlıcası, bizi Rusiya vətəndaşları kimi qəbul edir, tanıyırlar. Mən hesab edirəm ki, bizdə-Çeçen Respublikasında da dəyişikliklər etməyin vaxtı çatıb», - deyə çeçen lideri vurğulayıb.
Mümkün varis namizədi haqda suala cavab verərkən R.Kadırov deyib ki, «bu, xalqın qərarına və dövlət rəhbərliyinin müstəsna hüququna bağlı məsələdir».
«Əgər məndən soruşacaqlarsa, siz kimi istəyirsiniz, - bir neçə insan var, hansılar ki, bu öhdəlikləri, vəzifələri 100 faiz və yüksək səviyyədə yerinə yetirə bilərlər. Qaldı bu məsələni necə həll edəcəklər... Biz burada güman edirik, amma qərar orada verilir», - deyə R.Kadırov fikrini yekunlaşdırıb.