Vaxt.Az

Kerri Qarabağdan danışdı


 

ABŞ dövlət katibi: «Mən münaqişə tərəflərinə məsələnin sülh yolu ilə həll edilməsi üçün bütün təsirləri göstərəcəm»

Kerri Qarabağdan danışdı ABŞ-ın dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişə barədə bəyanat səsləndirib. ANS PRESS-in məlumatına görə, diplomat münaqişənin sülh yolu ilə həll edilməsinin vacibliyini bildirib: «Mən münaqişə tərəflərinə məsələnin sülh yolu ilə həll edilməsi üçün bütün təsirləri göstərəcəm. ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi bunun üçün əlindən gələni edəcək».

Qeyd edək ki, artıq ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana səfəri başlayıb. Fransalı həmsədr Jak For və amerikalı həmsədr Ceyms Uorlik fevralın 2-də Bakıya gəliblər.

Həmsədrlər bu gün Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşəcəklər. Bakıdan sonra vasitəçilər Ermənistana səfər edəcəklər.

 





03.02.2014    çap et  çap et