«İki, ya üç dəfə o (Seçin), özü yanıma iri çanta ilə gəlmişdi. Bunlar həcmli hədiyyələr idi – ya ailə saatı, ya da neft buruğu maketi. Anladığım qədər bu, işgüzar etiketin norması idi», - Ulyukayev məhkəmədə deyib.
Keçmiş nazir qeyd edib ki, bir dəfə də Seçin onun yanına iri çanta ilə gələndə heç nədən şübhələnməyib. Ulyukayevin sözlərinə görə, bundan əvvəlki görüşlərində «Rosneft»in rəhbəri ona söz veribmiş ki, elə «əla şərab»a qonaq edəcək ki, həmin şərabı nazir «heç vaxt dadmayıb». Buna görə də, Ulyukayev güman edib ki. çantadakı şərabdır.
Ulyukayev onu da deyib ki, rəsmi bayramlarda «Rosneft»dən ona «hədiyyə səbətləri» yollayıblar.
«Mən isə ona yalnız bayram açıqcaları göndərirdim», - İqtisadi İnkişaf Nazirliyinin sabiq başçısı vurğulayıb. O həmçinin əlavə edib ki, Seçinlə normal rəsmi münasibətdə olub, ona qarşı heç vaxt ədavəti olmayıb.
Xatırladaq ki, Ulyukayev 2016-cı ilin noyabr ayında «Rosneft»dən 2 milyon dollar rüşvət tələbi ittihamı ilə həbs olunub. Saxlanılan vaxt nazirin kabinetindən içərisində 100 dollarlıq əskinaslarla 2 milyon dolların olduğu iri çanta aşkarlanıb.