Qeyd edək ki, Şimali İraq Kürd Muxtariyyətinin sentyabrın 25-də «müstəqillik referendumu» keçirməsindən sonra Bağdad hökuməti Kərkük başda olmaqla mübahisəli əraziləri ələ keçirmək üçün ordu göndərmişdi. Kərkük şəhəri oktyabrın 16-da kürdlərdən təmizlənmişdi.
Valinin şəhərdən qaçdığı əməliyyat nəticəsində valilik binasına girən İraq ordusu binadakı kürd bayrağını endirərək yerinə İraq bayrağını asmışdı. Bayraqların dəyişdirilməsi kapitan Cərraha tapşırılmışdı.