Vaxt.Az
«Hamımız Bakıya qayıtmaq istəyirik!»
Göz yaşlarında boğulan Rima Sarkisova: «xoşbəxt və təhlükəsiz həyat üçün bundan yaxşı yer yoxdur»
Bakı ermənisi, ictimai xadim Rima Sarkisova göz yaşlarını saxlaya bilmədi. Sözün hərfi mənasında göz yaşlarından boğulan konfrans iştirakçısı dedi: «Mənim əzizlərim! Minlərlə Bakı ermənisi hələ də qürbətdə özünə isti bir sığınacaq tapa bilməyib. Ermənistandakı millətçi dairələrin təxribatçı və düşmən siyasəti nəticəsində süni Qarabağ münaqişəsi başlanıb. Axı biz yüzillərlə böyür-böyürə yaşamışıq. Bir yerdə - vahid Azərbaycan ailəsində sevirdik, həyəcanlanırdıq, sevinirdik və qüssələnirdik.Mən Ukraynadan gəlmişəm. Lakin ürəyim Bakımıza və bu günün
Azərbaycanına sevgi ilə doludur. Azərbaycan paytaxtında, Vətənimdə olduğum ilk
günlərdə əminliklə deyə bilərəm – xoşbəxt və təhlükəsiz həyat üçün bundan yaxşı
yer yoxdur.
Erməni millətinin bütün nümayəndələrinə müraciət edirəm. Sərkisyanın
faşist hakimiyyətini dayandırmaq və torpaqlarımızda sülhün bərqərar olmasına
nail olmaq vaxtıdır. Bugünkü tolerant, inkişaf etmiş və sivil Azərbaycan bir
ölkədə multikulturalizmin və beynəlmiləlçiliyin uğurlu adaptasiyası modelinin
parlaq təcəssümüdür».
28.11.2017
çap et