Vaxt.Az

Arvadını da götürüb gedir


 

Muqabe kəndə köçür

Arvadını da götürüb gedir Zimbabvedə ordu tərəfindən hakimiyyətdən uzaqlaşdırılmış keçmiş prezident Robert Muqabe arvadı Qreysi də götürüb kənddəki malikanəsinə köçməyə hazırlaşır. Virtualaz.org xəbər verir ki, bu haqda Zimbabve mətbuatına Muqabenin qohumu bildirib.

Keçmiş prezidentin bacısı oğlu Leo deyib ki, dayısı istefadan sonra əla əhvaldadır və səbirsizliklə özünün Zvimba dairəsində yerləşən kəndlərdən birindəki malikanəsinə köçüb yeni həyata başlamağı səbrsizliklə gözləyir. Robert Muqabenin kənddə fermerliklə məşğul olacağı bildirilir.

Zvimbada isə yerli sakinlər deyirlər ki, Muqabenin malikanəsinin ətrafında çoxlu aqressiv timsahlar peyda olub. Onlar insanlara hücum edir, artıq üç nəfəri timsah yeyib. Ona görə də keçmiş prezident ehtiyatlı olmalıdır.

Xatırladaq ki, Muqabeni hakimiyyətdə «Timsah» ləqəbli keçmiş vitse-prezident Emmerson Mnanqaqva əvəzləyib. 37 il hakimiyyətdə olan Muqabenin istefaya göndərilməsinə səbəb onun hakimiyyəti özündən sonra arvadına ötürmək cəhdləri səbəb olub.

 





28.11.2017    çap et  çap et