Onun sözlərinə görə, Zərrab məhkəmədə İranın həmin ölkəyə qarşı tətbiq edilmiş sanksiyalardan necə yan keçməsi barədə danışacaq. Eyni zamanda, Zərrab özünü təqsirli bilməyən türkiyəli bankir Mehmet Hakan Atillanın işində vacib şahid sayılır. Həbs edilmiş milyarder qeyd edib ki, 2011-ci ildən etibarən ABŞ sanksiyalarını yan keçməyə çalışan İranın tətbiq etdiyi sxem milyardlarla dollar toplamağa və Amerikanın təhlükəsizliyini təhdid etməyə şərait yaradıb.
Atillanın vəkili Viktor Rokko isə əlavə edib ki, Zərrab istintaqla işbirliyinə gedib və həbsxanadan çıxdıqdan sonra dövlətin himayəsinə sığınaraq, ailəsi ilə birlikdə ABŞ-da qalmaq imkanı əldə edə bilər.