Vaxt.Az

Rza Zərrabın məhkəməsində şok faktlar üzə çıxır


 

İranlı iş adamı məhkəmədə şahid qismində iştirak edir; o, həbsdəki «Xalq Bank» rəhbərinin hansı sirlərini bilir?

Rza Zərrabın məhkəməsində şok faktlar üzə çıxır ABŞ-da həbsdə olan İran əsilli iş adamı Rza Zərrabla bağlı proseslər sürətlə davam edir. ABŞ-ın İrana qarşı sanksiyalarını qırmaqda təqsirləndirilən «Xalq Bank»ın keçmiş müdir müavini Mehmet Hakan Atilla artıq hakim qarşısına çıxarılıb. Onun vəkilləri prosesin təxirə salınmasını tələb etsə də, tələb rədd edilib. Son aylardakı heç bir prosesə qatılmayan Azərbaycan əsilli türk Rza Zərrabın isə təxmin edildiyi kimi, prokurorluqla anlaşdığı və şahid olduğu dəqiqləşib. Zərrabın haqqındakı üç həftə davam etməsi planlaşdırılan prosesdə ən kritik üç gün başlayıb. Bu arada Zərrabın hələ də türmədə ABŞ-ın hüquq-mühafizə orqanları tərəfindən nəzarət altında olduğu ortaya çıxıb.

Dövlətin bankirini Rza Zərrab və İran işinə görə Nyu-York aeroportunda qandalladılar

 

Məhkəmə və onun detalları

 

BBC yazır ki, prosesin hakimi Nyu-York Bölgə Məhkəməsinin hakimi Riçard Bermandır.  Hakim Berman prosesdə işin adını «ABŞ Mehmet Hakan Atillaya qarşı» olaraq təqdim edib. O, potensial üzvlərə müraciətində deyib: «Burada eşidəcəyiniz kimi, cənab Atilla ilə eyni və ya oxşar ittihamlarla günahlandırılan digər şəxslər də var, lakin həmin şəxslər bu işdə sizin qarşınızda mühakimə olunmayacaq. Cənab Atillaya qarşı ittihamnamədə altı ittiham irəli sürülüb».

İlk gündə 12 münsif üzv ilə 6 ehtiyat üzvün seçimi tamamlanıb. Beləcə, işin də başlanması üçün bir maneə qalmayıb. Məhkəmənin sonunda şübhəlilərin günahkar olub-olmaması ilə bağlı qərarı 12 üzv verəcək. Qərar əldə edilməsi üçün isə yekdil rəy şərtdir.

Şübhəlilər günahkar bilindikləri təqdirdə cəza ilə bağlı qərarı hakim verəcək. Berman məhkəmənin təqribən üç-dörd həftə çəkəcəyini təxmin etsə də, gözlənilməyən hadisələr, yaxud dəlil və ya şahidlərin istintaqı səbəbi ilə bir neçə günlük gecikmələrin mümkünlüyünü də vurğulayıb.

Atillanın vəkili Viktor Rocco müdafiə çıxışını edərkən Zərrabı və «Xalq Bankı»n keçmiş müdiri Süleyman Aslanı ittiham edib. Rocco Aslanın Zərrabdan aldığı rüşvətlərlə cibini doldurduğunu deyib: «Zərrabın Türkiyədə rüşvət piramidası qurduğu bilinir. Rüşvət verdiyi şəxslər atasında yüksək səviyyəli məmurlar, vəzifəli şəxslər də var» deyib.

 

Prokurorluq: Zərrab açar şahiddir

 

Prokuror köməkçisi David Denton Rza Zərrabın cinayətlərini qəbul edərək, prokurorluqla iş birliyi etdiyini və şahid kürsüsündə Atilla ilə olan münasibətlərini detallarına qədər danışacağını deyib. Zərrabın Atilla işində açar şahid olduğunu söyləyən Denton təqdim edəcəkləri sübutların bank rəhbərinin günahlarını sübut edəcəyini deyib.

 

Prokurorluq Zərrabı qoruyur

 

İddiaları rədd edən Rocco «yüksək vəzifəli şəxslərə ayaqqabı qutularında rüşvət yollayan Atilla yox, Zərrab idi. Müttəhim kürsüsündə oturmalı olan şəxs Rza Zərrab az cəza alma, ya da heç bir cəza almamaq ümidi ilə ittiham tərəfi ilə anlaşdı. Hazırda prokurorluq Zərrabın kürəyini ovxalamaqla məşğuldur» deyib.

Rocco eyni zamanda deyib ki, Atilla Zərrabın çoxlu sayda qurbanlarından biridir: «ABŞ İrana 5 min kilometr uzaqlıqda ikən, Türkiyə sərhəd qonşusu və iki ölkə iş görmək zorunda idi». OFAC da (ABŞ-ın Xəzinə Nazirliyinə bağlı olan Xaricilərin Mal varlığına nəzarət ofisi) bütün bunları əvvəldən bilirdi.

 

Zərrab türməyə qadın salmağa çalışdı

 

Vəkil deyib ki, R.Zərrab Atilladan «həbsdən çıxış kartı» olaraq istifadə etməyə çalışıb. Zərrabın bu işlərdən milyardlar qazandığını, Türkiyə siyasətçilərinə də on milyonlarca rüşvət verərək, işini gördüyünü iddia edən Rocco, Zərrabın Nyu-Yorkdakı türmədə qaldığı günlərdə belə gözətçilərə rüşvət verərək, içəri qadın salmağa çalışdığını, içki, narkotik və yemək təmin etməyə nail olduğunu iddia edib.

 

Şahid olaraq ifadə verdilər

 

Hakim Riçard Berman, proses başlayan kimi prokurorluq instansiyasına «bu gün kimləri şahid olaraq çağıracaqsınız» deyə soruşub. Denton, Zərrab xaricindəki adları belə sıralayıb: OFAC-dan (Əcnəbilərin Mal Varlıqlarını Nəzarət Ofisi) təmsilçisi Mark Dubovitz, FTB  agenti Lisa Palluconi, FTB şahidi Bülent Bulut".

 

Altı ayrı ittiham

 

Rza Zərrabın müttəhimlikdən çıxarıldığı iddianamədə səkkiz şəxsə 6 ittiham yönləndirilib. Bunların ardıcıllığı belədir: «ABŞ və xüsusən də ABŞ Xəzinə Nazirliyini aldatmaq üçün tələ qurmaq, Beynəlxalq Təcili İqtisadi Güc Qanununu pozmaq, bankçılıq sistemində dələduzluq etmək, qara pul yumaq, qara pul üçün tələ qurmaq».

Bundan başqa, dünən möhürü qırılan məhkəmə sənədlərinə görə, Zərrab 26 noyabrda gizli dindirmə zamanı haqqındakı 7 ittihamı qəbul edib. Sənədlərdən də məlum olur ki, Zərrab cib telefonu və spirtli içki kimi qadağan olunmuş əşyaları həbsxanaya gətirtmək üçün türmə işçilərinə rüşvət verməyə çalışdığı üzə çıxıb. Bu hadisəyə görə də Zərraba qarşı daha bir ittiham irəli sürülüb. Zərrabın məhkəmədə üç gün boyunca ifadə verəcəyi gözlənilir.

Zarrabın ifadesinde Ebru Gündeş detayı... İşte ABDli savcının şeması...

 

Üç gün boyunca çarpaz sorğu-sual

 

Zərrabın haqqındakı ittihamları qəbul etməsi və prokurorluğun lehinə jüri qarşısında şahidlik etməyi qəbul etməsi ilə üç həftə davam etməsi planlaşdırılan məhkəmə işindəki ən kritik üç gün dünən başlanıb. Zərrabın şahid ifadəsini baş prokuror köməkçilərindən olan Sid Kamaraju jüri qarşısında alacaq. Zərrab daha sonra Atillanın vəkili Viktor Rocconun çətin sualları ilə üzləşəcək.

 

Zərrab hələ də qandallıdır

 

Zərrab hələ də türmədə Amerika hüquq-mühafizə irqanlarının xüsusi nəzarəti altındadır. Prokuror köməkçisi Sid Kamaraju prosesdən sonra Riçard Bermandan Zərrabın prosesə necə gətiriləcəyini öyrənmək istədiyini deyib. Sual yaradan daha bir məqam isə Zərrabın məhkəmədəki hücrə bloqundan çıxarılandan sonra jürini qabağından qandallı olaraq keçirilib-keçirilməyəcəyi ilə bağlı idi.

Verilən cavablardan isə bəlli olub ki, Zərrab çarpaz ifadəsi alınarkən zaman-zaman stuldan qalxıb, jürinin qabağında dayanacaq. Bundan başqa, Zərrab kürsüyə çıxacaq, sorğu-sual isə cümə gününə qədər davam edə biləcək.

 

Milyardlar, milyardlar və milyardlar...

 

«Reuters»in Enerji Bazarı Tənzimləmə Qurumunun (EBNQ) məlumatlarına əsasən, 2014-cü ilin hesablamaları Türkiyənin 2012-ci ildə İrandan aldığı neft və təbii qazın dəyərinin 10 milyard dollardan çox olduğunu göstərib.

Türkiyə Statistik Qurumundan (TSQ) əldə edilən məlumatlara görə isə 2011-ci ildə İrana ixracatı 1 ton olan qızıl, 2012-ci ildə təqribən 126 tona yüksəlib və bunun dəyəri də təxminən 6.5 milyard dollar olaraq hesablanır. Əlavə olaraq, eyni ildə Türkiyənin BƏƏ-yə etdiyi qızıl ixracı da 85 ton və 4.6 milyard dollar olub.

Prokurorluğun iddiasına görə, qiymətli metal ticarəti üzərindəki sanksiyaların artırılmasından sonra pullar İrana «xəyali tranzit buğda ticarəti» ilə göndərilməyə başlanıb.

Zərrab 2014-cü ilin aprelində AHaber-ə verdiyi müsahibəsində buğda və dərman satışına başladıqdan sonrakı dörd ayda təxminən 1.6 milyard dollarlıq ticarət həyata keçirdiklərini söyləmişdi.

 





30.11.2017    çap et  çap et