Vaxt.Az

«Bakı halqasını çox bəyənirəm»


 

Daniel Rikkardo: «Burda hərəkət çox çətindir, amma təkərlər yanmır»

«Bakı halqasını çox bəyənirəm» «Yenidən Bakıda olmaqdan məmnunam. Hazırda Bakıda hava soyuq olsa da, burada çox isti qarşılandım».Virtualaz.org bildirir ki, bu sözləri «Formula-1» üzrə dünya çempionatının bu ilin iyununda Bakıda keçirilən Azərbaycan Qran-Prisinin qalibi, «Red Bull Racing» komandasının pilotu Daniel Rikkardo jurnalistlər üçün təşkil etdiyi mətbuat konfransında deyib.

Azərbaycan paytaxtının gözəl olduğunu və Bakı halqasını çox sevdiyini vurğulayan avstraliyalı pilot deyib: «Bakı trasında hərəkət çox çətindir. Çünki yollar duz deyil. Əgər bir yerdə səhvə yol versən, bu, böyük uğursuzluqla nəticələnə bilər. Riski sevirəm. Burada sürəti anidən aşağı salmaq və yenidən artırmaq lazımdır. Bu baxımdan Bakı trasını çox bəyənirəm. Burada təkərlər yanmır. Bu da Bakı halqasının üstün cəhətlərindən biridir. Ona görə də sayıqlığı itirməməlisən».

Pilot çempionat ərzində ən ecazkar trasın Bakı halqası olduğunu deyib: «Mən Bakıda, Azərbaycan Qran-Prisində qalib olmuşam. Burada heç bir dəyişikliyin olmasını istəmirəm. Bakı şəhər halqası əla vəziyyətdədir».

Daniel Rikkardo «Formula-1»in yeni loqosunu bəyəndiyini də bildirib və əlavə edib ki,  bu, onun şəxsi fikirdir: «Düzdür, insanlar dəyişiklikləri sevmirlər, ona görə «Formula-1»in loqosunun dəyişdirilməsi birmənalı qarşılanmayıb. Bəziləri bəyənir, bəziləri isə yox. Mən bəyənirəm».

 





30.11.2017    çap et  çap et