Məhz bu yoxlamalar üzündən «Kəpəz»də 2 ay idi maaşlar verilmirdi. Maliyyə yoxlanışına görə bütün ödəmələr dayandırılmışdı. Noyabrın 24-də həsrətə son qoyulub və bütün əməkdaşlar maaşlarını alıb.
Məhz maliyyə pozuntularına görə Müşahidə Şurasının üzvlüyündən geri çağırılan, daha sonra AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisliyindən də qovulan Mikayıl Nərimanoğlu isə yaddan çıxmır. Haqqında hüquqi müstəvidə ölçü götürülməyən «Kəpəz»in sabiq idarəçisi indi ortada itən pulları qaytarmaqla məşğuldur. Mikayıl bəy yeyintidə yoxa çıxan vəsaiti geri qaytarmağa məcbur edilir. O, artıq çatışmayan maliyyənin böyük hissəsini büdcəyə qaytarıb.
Klubun sabiq icraçısı direktoru Cabir İbrahimov da eyni qaydada cəzalandırılır. O da Nərimanoğlu kimi, «aradan çıxarılan» pulları geri qaytarmaqla məşğuldur.