Vaxt.Az

OPEC iclasının ilkin nəticəsi məlum oldu


 

Gündəlik hasilat 1.8 milyon barrel azaldılır

OPEC iclasının ilkin nəticəsi məlum oldu Bu gün Vyanada neft hasilatının məhdudlaşdırılması haqqında sazişə imza atan - OPEK-ə üzv olan və quruma daxil olmayan 24 ölkənin neft və energetika nazirlərinin görüşü keçirilir. İclasda hasilatın azaldılması müqaviləsinin 2018-ci ilin sonuna qədər uzadılması məsələsində razılaşılıb. Başda Rusiya olmaqla, qrupa daxil olmayan ölkələrin də razı olmaları lazımdır. Sazişin nəticələri gələn ilin ortalarında təhlil olunacaq.

«Bloomberg» xəbər verir ki, neft bazarının yenidən sabitləşdirilməsinin hələ tamamlanmadığı qeyd olunub.

Mənbələrə görə nazirlərin, iclasda, qrup ilə hərəkət edən Rusiyanın da yola gətirilməsi lazımdır.

Nümayəndələrə görə, 2018-ci ilin ortasında müqaviləni nəzərdən keçirmədə istifadə ediləcək yeni mexanizmlər də müzakirə olunur.

Hazırda qüvvədə olan müqavilə 2018-ci ilin mart ayının sonunda başa çatacaq.

Ölkələr arasındakı hazırkı razılaşma, qiymətlərinin yüksəldilməsi məqsədilə neft hasilatının gələn ilin mart ayının sonuna qədər gündəlik 1.8 milyon barrel azaldılmasını nəzərdə tutur.

Bu dəqiqələrdə «Brent» nefti 1,6 faiz bahalaşıb və 64,10 dollardan alıcı tapır.

İclasda Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edir.

 





30.11.2017    çap et  çap et