Vaxt.Az

Xədicə İsmayılın fərasəti


 

Jurnalist hamını aldadıb

Xədicə İsmayılın fərasəti Tanınmış jurnalist Xədicə İsmayıl bu gün yeni partiya yaratdıqları barədə məlumat yayıb.

Bir sıra media qurumları bu məlumatı xəbər kimi tirajlayıblar. Qaynar.info saytının əməkdaşı isə xəbərin dəqiqliyinə əmin olmaq üçün Xədicə İsmayılın özü ilə əlaqə saxlayıb.

Xədicə İsmayıl Qaynar.info-ya açıqlamasında məlumatı təsdiqləyib. Lakin bir neçə dəqiqə bundan əvvəl Xədicə İsmayılın həmkarlarını aldatdığı məlum olub. Məsələ ilə bağlı Xədicə İsmayılın özünə yazsaq da, o heç bir reaksiya vermədən sadəcə gülüşlə cavab verib.

Qeyd edək ki, jurnalist Xədicə İsmayıl yaydığı məlumatda bir sıra digər jurnalistlərin - Zamin Hacı, Elnur Astanbəyli və Şahvələd Çobanoğlunun adından da istifadə edib.

 





03.02.2014    çap et  çap et