Vaxt.Az

Rza Zərrab kimdir?


 

20 dəbdəbəli mülkü, altı atı, yeddi gəmisi, özəl təyyarəsi, 17 bahalı avtomobili, 10 milyonluq sənətə əsərləri və daha nələr...

Rza Zərrab kimdir? Rza Zərrab 1983-cü ildə İranda dünyaya gəlib və uşaqlığında ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Türkiyə mediası onun ailəsinin 1999-cu ildə Dubaya köçdüyünü deyir, lakin Zərrabın özü 2002-ci ildə Türkiyəyə qayıdıb.

2017-ci ildə Türkiyənin «Star» qəzeti onun barəsində hazırladığı yazıda Zərrabın zəngin ailədən olduğunu və zərgərlik, enerji, daşınma və xüsusilə də, qızıl ticarəti sahələrində biznesləri olduğunu qeyd edib.

1 iyun 2007-ci ildə keçirilən Türkiyə nazirlər kabineti iclasında kabinetin qərarı ilə Zərraba Türkiyə vətəndaşlığı verilib. Lakin bu qərar, ənənəvi qaydalardan fərqli olaraq, dövlətin Rəsmi Qəzetində dərc edilməyib.

Zərrab uzun müddət Türkiyədə musiqi yazarı kimi və məşhur müğənni Ebru Gündəş ilə evliliyi ilə tanınıb. Hazırda onun Gündəşlə altı yaşlı qızı var.

Ebru Gündəş 2016-cı ildə ondan boşanmaq istəsə də, daha sonra fikrini dəyişib.

Cütlük Türkiyədə dəbli həyatları ilə tanınıb. Türkiyə mediasının məlumatına görə, onun Gündəşə verdiyi hədiyyələr arasında Boğaziçi sahilində 40 milyon dollar dəyərində villalar da olub.

ABŞ məhkəməsinə Zərrabla bağlı təqdim edilən iddianamədə qeyd olunur ki, onun təxminən 20 daşınmaz mülkü, altı atı, yeddi gəmisi, xüsusi təyyarəsi, 17 dəbdəbəli avtomobili və 10 milyon dollar dəyərində sənət əsəri var.

Zərrab, əvvəllər qəzetlərin əyləncə bölmələrində tanınsa da, o, 2013-cü ildə nəhəng korrupsiya qalmaqalı ərəfəsində həbsi ilə daha da məşhurlaşıb.

O və digərləri 72 gün azadlıqdan məhrum qalıblar. O yalnız korrupsiya araşdırması ilə əlaqəsi olan yüzlərlə prokuror və polis zabitinin işlərindən uzaqlaşdırılmasından sonra azad edilib.

Hökumət Zərraba qarşı iddiaların Fətullah Gülən tərəfindən quraşdırıldığını deyir. Türkiyə hökuməti ABŞ-da məskunlaşmış din xadimi Fətullah Gülənin 2016-cı ildə Türkiyədə hərbi çevriliş cəhdinin arxasında olduğunu iddia edir.

2015-ci ildə Türkiyə İxracatçılar Məclisinin (TİM) təşkil etdiyi və Prezident Rəcəb Tayyip Ərdoğanın iştirak etdiyi tədbirdə Rza Zərraba zərgərlik sənayesində «ixrac çempionu» mükafatı verilib. Bu mükafatı ona keçmiş Baş nazirin müavini və iqtisadiyyat naziri təqdim edib.

Bəzi mənbələr Zərrabın milyarder iş adamı Babək Zəncani ilə də əlaqəsi olduğunu iddia edirlər. Babək Zəncani İranda korrupsiya ittihamları ilə 2016-cı ildə ölüm cəzasına məhkum olunub.

Zərrab dəfələrlə «İran dövlət pulu» ilə ticarət etmədiyi israr edib. O, 2016-cı ilin mart ayının 19-u Mayami şəhərində ailə isə birlikdə «Disneylan»də tətil üçün gəldiyi zaman ABŞ polisi tərəfindən saxlanılıb.

 





30.11.2017    çap et  çap et