Oqtay Əsədov deyib: «Telefonlarınızı söndürün. Belə olmaz axı! Dəqiqədə bir zəng gəlir. Gəlin bir-birimizə hörmət edək».
Spiker deyib ki, dəfələrlə bu iradı səsləndirmək istəyib, amma özünü saxlayıb:
«Dəfələrlə istəmişəm bunu deyəm, amma özümü saxlamışam. Daha bəsdirin! Telefonları gətirirsiniz iclasa, dinmirik. Heç olmasa, iclas zamanı zəngləri, telefonda qurdalanmağı yığışdırın! Diqqətiniz iclasda olsun!».
Xatırladaq ki, bir neçə ildir android tipli telefonların, smartfonların Milli Məclisə keçirilməsi qadağan edilib.