«Azərbaycan Beynəlxalq Bankı» (ABB) müştərilərə 36 ay müddətinə 29-27 faiz dərəcəsi ilə 15.000 manatadək kredit təklif edir. ABB-dən ilk dəfə kredit alan müştərilər 29 faiz, onun zamini ABB-nin kartı vasitəsilə əmək haqqı və ya pensiya alan şəxs olduqda isə 27 faiz ödəyir.
«Kapital Bank» müştərilərə 3-48 ay intervalında 29,84 faiz dərəcəsi ilə 300-20.000 AZN məbləğində kredit təklif edir. Nağd pul krediti maaş və pensiya kartı Kapital Bank-dan olan şəxslərə verilir. Yalnız xüsusi hallarda zamin tələb olunur.
«Bank Respublika» müştərilərə maksimum 24 ay müddətinə 26 faizdən başlayaraq 500-10.000 AZN məbləğində kredit təklif edir. Bu bankda 5000 AZN-dək kredit götürmək üçün zamin tələb olunmur.
«Azər-Türk Bank» müştərilərə 36 ay müddətinə 26-29 faiz dərəcəsi ilə 15.000 manat həcmində kredit verir. Bu bankdan kredit götürmək üçün borcalan əmək haqqını «Azər-Türk Bank»dan almalıdır.
«Access Bank» müştərilərə minimum 6 – maksimum 24 ay müddətinə 29 faizlə 500-20.000 AZN məbləğındə kredit təklif edir. Borcalanın son iş yerində minimum 1 illik əmək stajı mütləq olamlıdır.
«Bank of Baku» müştərilərə 3-36 ay daxilində 23-25 faiz dərəcəsi ilə minimum 3000 – maksimum 70.000 AZN məbləğındə kredit təklif edir. Kredit bütün dövlət və özəl müəssisələrinin əməkdaşları üçün verilir.
«Express Bank» müştərilərə 3-36 ay müddətinə 30 faiz dərəcəsi ilə 10.000 manatadək həcmində kredit təklif edir.
«Rabitə Bank» müştərilərə maksimum 24 ay müddətinə 26-30 faiz dərəcəsi ilə rəsmi iş yeri olan şəxslərə 3000 manat həcmində kredit verir.
«Unibank» müştərilərə 24 aya qədər 27 faiz dərəcəsi ilə 300 -10.000 AZN məbləğındə kredit təklif edir. Əmək haqqı minimum 175 manat olan şəxslər «Unibank»a müraciət edə bilərlər.
«AG Bank» müştərilərə ödəmə dövrü 3-36 ay daxilində 15-27 faiz dərəcəsi ilə 300-10.000 AZN kredit təklif edir.
«AFB Bank» müştərilərə 12 ay müddətinə 25 faiz dərəcəsi ilə minimum aylıq gəlirin 3 misli – maksimum 5000 AZN məbləğində kredit təklif edir.
«Ziraat Bankı» müştərilərə ödəmə dövrü 12-36 ay olmaqla, 26-28 faiz dərəcəsi ilə 15.000 AZN-dək dəyərində kredit təklif edir.
«Azərbaycan Sənaye Bankı» (ASB) müştərilərə 36 aya qədər 27 faiz dərəcəsi ilə 500 -15.000 AZN məbləğində kredit təklif edir. 15.000 manatdan çox kredit üçün yüksək daşınmaz əmlak girovu lazım gəlir.
«YapıKredi Bank» Azərbaycan müştərilərə 6-36 ay müddətinə 28 faiz dərəcəsi ilə 300 AZN-dən başlayaraq kredit təklif edir. Kredit bütün dövlət və özəl müəssisələrinin əməkdaşları üçün verilir. Bu bankdan kredit almaq üçün bankda əmanət hesabınız olmalıdır.
«Nikoil Bank» müştərilərə 6-36 ay müddətinə faiz dərəcəsi 25 faizdən başlayaraq minimum 500 – maksimum 30.00 AZN məbləği daxilində kredit təklif edir. Bu bankda kredit verilməsinin xüsusi hallarında ikinci şəxsin zaminliyi tələb oluna bilər.