Çadra geyinən terrorçular əraziyə şəhərdə nəqliyyat vasitəsi kimi geniş istifadə olunan velosipedə qoşulan iki təkərli arabalarda gəlib. Onlar mühafizəçiləri güllələyəndən sonra içəriyə keçib və yataqxanada olanlara atəş açıb. Şahidlər partlayış törədildiyini də bildirib. Yataqxanada 100-dən çox tələbə olub, onların çoxu Pakistanda qeyd olunan dini bayramla əlaqədar evlərinə gedib.
Hadisəyə görə məsuliyyəti «Təhriki-Taliban» qruplaşması üzərinə götürüb. Asayiş keşikçiləri ilə atışma zamanı 4 terrorçu məhv edilib.