Vaxt.Az

Flin etiraf edib


 

Trampın sabiq müşaviri müstəntiqlərə yalan söyləyib

Flin etiraf edib ABŞ prezidenti Donald Trampın sabiq milli təhlükəsizlik müşaviri Maykl Flin cümə günü Rusiyanın ABŞ-dakı səfiri ilə əlaqələri ilə bağlı federal təhqiqatçılara yalan söyləməsi ilə bağlı günahkar olduğunu etiraf edib.

Flinin günahını tanıması onun Rusiyanın 2016 ABŞ seçkilərinə müdaxiləsi və Tramp kampaniyası ilə əlaqələri araşdıran xüsusi müstəntiq Rober Mullerin təhqiqat qrupu ilə əməkdaşlıq etməsinin növbəti göstəricisidir.

Cümə günü ictimailəşən məhkəmə sənədi göstərir ki, Flin ilə Rusiya səfiri Sergey Kislyak arasında görüşdə diqqətin o zamankı prezident Barak Obama administrasiyası tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalarda olduğu bildirilir.

Sənəddə qeyd edilir ki, Flin yanvar ayında müstəntiqlərə Kislyak ilə görüş haqqında «bilərəkdən yalan, uydurma və saxta» məlumatlar verib.

58 yaşlı təqaüddə olan ordu generalı Flin, onun Rusiya səfiri ilə münasibətləri haqqında səslənən ittihamlarladan sonra Tramp administrasiyasının fəaliyyətə başlamasından iki ay keçməmiş istefa vermək məcburiyyətində qalmışdı.

 





01.12.2017    çap et  çap et