«Qafqazinfo»nun «Posta» qəzetinə istinadən verdiyi xəbərə görə, bu məqamda Türkiyədə əsas diqqət yenə də Zərrabın müğənni Ebru Gündəşdən olan qızı Alaraya yönəlib. Belə ki, məhkəmə qərarı ilə biznesmenin də qızının adına olan mülkləri müsadirə olunub.
6 yaşlı Alaranın adına hansı mülklərin olduğuna dair hələ ki, məlumat yoxdur.
Qeyd olunur ki, ABŞ məhkəməsi E. Gündəşin əmlaklarının müsadirə olunmasına dair qərar çıxarmayıb. Çünki sənətçi ilə iş adamı ailə qurmazdan öncə evlilik sözləşməsi imzalayıblar.
Cütlüyün qızının mülklərinin müsadirə olunması isə Zərrabın bəzi mülkləri Alaranın adına qeydiyyatdan keçirməyi ilə bağlıdır.