Vaxt.Az

Vüqar Səfərlidən xəbərdarlıq


 

«Hər hansı qəzet bizi aldatmağa cəhd etsə...»

Vüqar Səfərlidən xəbərdarlıq Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin İnkişafina Dövlət Dəstəyi Fonduna (KİVDF) saxta sənədlər təqdim edən qəzetlər 3 il müddətinə bu qurumun layihələrindən kənarda qalacaqlar. Trend-in məlumatına görə, bunu KİVDF-nin icraçı direktoru Vüqar Səfərli qəzetlərin baş redaktorlarının iştirakı ilə bu gün keçirdiyi iclasda deyib."Hər hansı qəzet bizi aldatmağa cəhd edərsə, bizə saxta sənədlər verərsə, o, 3 il bizim layihələrimizdən kənarda qalacaq. Biz bu məsələni qaydalarımıza daxil edəcəyik", - Səfərli bildirib.
İcraçı direktor xatırladıb ki, Fond abunə edilən və mühasibat sənədləri olan qəzetlərə yardım ayırır. Ancaq pulsuz yayımlanan qəzetlər Fondun layihələrində iştirak edə bilməzlər.
Səfərli bildirib ki, qəzetlərin maliyyəsinin az olması, maddi-texniki bazasının tam yüksək səviyyədə olmaması nəzərə alınaraq, KİVDF builki büdcəsindəki artıq maliyyə vəsaitindən qəzetlərin hesabına köçürüb.
"Həmin vəsait qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi, qezetlərin saytının onlayn rejimdə işləməsinə sərf edilməlidir. Əgər hər hansı qəzet bunu etməsə, onlar da gələcəkdə belə yardımlardan və layihələrdən kənarda qalacaqlar", - o, qeyd edib.
 





03.01.2013    çap et  çap et