Partiya sədri daha irəli gedərək, postsovet məkanı ölkələrini, hətta dünyanı təhdid edən açıqlamalarla çıxış edib. «Biz heç vaxt imkan verməyəcəyik ki, NATO bizim sərhədlərimizin yaxınlığında dayansın. Gürcüstanın da gələcəyi yoxdur. Postsovet məkanından heç bir dövlət NATO-ya buraxılmayacaq. Baltikyanı dövlətlər isə sadəcə səhv idi və bir daha bu səhv təkrarlanmayacaq. NATO-da bunun haqqında məlumatlıdırlar. Biz heç kimi təhdid etmirik, amma rusları hər yerdə qorumalıyıq», - deyə o bildirib.
Onun fikirlərinin təsadüf olmadığı və Kremlin onun vasitəsilə dünyaya mesaj ünvanladığı bildirilir. Bundan əlavə, bu açıqlamalarının ardından Rusiyanın hələ də özünü postsovet məkanının ağası saydığı vurğulanır.