Vaxt.Az

Məşhur siyasətçisi deportasiya olunduqdan sonra «yoxa çıxıb»


 

Əhməd Şəfiqi naməlum təhlükəsizlik rəsmilərinin himayə edirmiş

Məşhur siyasətçisi deportasiya olunduqdan sonra «yoxa çıxıb» Misirin keçmiş Baş naziri, Əhməd Şəfiqin ailəsi bildirib ki, o, BƏƏ-dən deportasiya olunduqdan sonra yoxa çıxıb. Keçmiş Baş nazirin ailəsi deyib ki, «o, Qahirəyə gəldikdən sonra naməlum təhlükəsizlik rəsmilərinin himayəsi ilə yoxa çıxıb».

Əhməd Şəfiq BƏƏ-də 5 il ərzində mühacirətdə yaşadıqdan sonra şənbə günü deportasiya olunub.

Şənbə günü Əhməd Şəfiqin qızı «Reuters» agentliyinə bildirib ki, ailəsi «onun oğurlandığını zənn edir».

Əhməd Şəfiq gələn il Misirdə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətini bildirkdən qısa müddət sonra BƏƏ-dən deportasiya olunub.

Onun hansı əsasda BƏƏ-dən deportasiya olunduğu aydın deyil.

Keçmiş Baş nazirin ailəsi və vəkili onunla əlaqə yarada bilmədiklərini bildirib.

Əhməd Şəfiq BƏƏ-yə 2012-ci ildə, Misirdə keçirilən prezident seçkilərini Məhəmməd Mursiyə uduzduqdan sonra gəlib.

Məhəmməd Mursi hökuməti korrupsiya ittihamı ilə Əhməd Şəfiqə qarşı həbs göstərişi çıxarıb.

Bundan sonra isə, Mursi hökuməti Misir hərbiyyəsi tərəfindən devrilib, hakimiyyətə Əbdül Fəttah əs-Sisi gəlib, və nəticədə, Əhməd Şəfiq ona qarşı sürülmüş ittihamla bağlı bəraət qazanıb.

 





04.12.2017    çap et  çap et