Azərbaycanın tanınmış şairi Salam Sarvanın yeni «Heykəl tənhalığı» adlı kitabı oxucuların ixtiyarına verilib. Bu barədə şair «Facebook»dakı rəsmi səhifəsində məlumat verib.««Heykəl tənhalığı» şeirlər kitabı «Qanun» nəşriyyatının təşəbbüsüylə çapdan çıxdı. İndi satışdadır, ürəyi istəyənlər şəhərin bütün kitab dükanlarından ala bilərlər. «Fəvvarələr bağı»ndakı yarmarkada da var. Xüsusi təqdimat mərasimi keçirməyə ehtiyac görmədik.
Sizlərə can sağlığı, könül xoşluğu arzulayıram».
Kitaba Salam Sarvanın yenilərlə yanaşı əvvəlki kitablarından olan seçmə şeirləri də daxil edilib. Köhnə şeirlər şairin əlavə və düzəlişləri ilə verilib.
çap et