Vaxt.Az

FED faizi qəti artıracaq


 

ABŞ-da işsizlik nisbəti 17 ildə ən aşağı səviyyəyə enib

FED faizi qəti artıracaq ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, kənd təsərrüfatı xaric məşğulluq noyabr ayında 228 min artıb. İşsizlik nisbəti isə 4.1 faiz olaraq 17 ilin ən aşağı səviyyəsində qalmaqda davam edib.

Proqnoz kənd təsərrüfatı xaric məşğulluğun 200 min artması, işsizliyin 4.1 faiz qalacağı istiqamətində idi.

Orta saatlıq maaşlar proqnozları qarşılamadı. Saatlıq əmək haqqı aylıq 0.3 faiz gözlənərkən 0.2 faiz artıb, illik isə 2.5 faiz artıb. Proqnoz 2.7 faiz idi.

Oktyabr ayının məşğulluq göstəricisi 261 mindən 244 minə, Sentyabr göstəricisi isə 18 mindən 38 minə dəyişdirilib.

Məşğulluq göstəriciləri iqtisadiyyatın güclü tərəfi olaraq qalmağa davam edir. İnvestorlar Federal Ehtiyyat Sisteminin (FED) gələn həftə faiz artıracağına haradasa qəti gözü ilə baxır, ancaq maaşlarda sürətlənmənin olmaması 2018-ci ildə faiz gözləntiləri barədə qeyri-müəyyənlik yaradır.

 





08.12.2017    çap et  çap et